Xəbərlər

Litva: Aİ Ukraynaya qoşun göndərmək barədə kollektiv qərar qəbul etməyəcək

“Avropa İttifaqı (Aİ) ölkələri çətin ki, Ukraynaya qoşun yeridilməsi ilə bağlı kollektiv qərar hazırlaya bilsin”.

“Füyuzat”ın məlumatına görə, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis söyləyib.

“Mən inanmıram ki, Aİ ölkələrinin qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi ilə bağlı razılığa gəlmək mümkün olsun, çünki əvvəllər biz daha az həssas məsələlərdə ümumi fikrə gələ bilmirdik”, – nazir bildirib.

Baltikyanı respublikanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, onun ölkəsi bütün variantları nəzərdən keçirməyə və Ukraynanın qalib gəlməsinə kömək edəcək istənilən koalisiyanın bir hissəsi olmağa hazırdır.