Xəbərlər

Litva, Latviya və Estoniya Gürcüstan DİN-in rəhbərliyinə qarşı sanksiyalar tətbiq edə bilər

“Baltikyanı ölkələr Gürcüstanda etiraz aksiyalarının yatırılmasının təşkilatçılarına qarşı şəxsi sanksiyalar tətbiq etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.

“Üç Baltikyanı ölkə Sakartveloda ədalətli etirazları yatıran şəxslərə qarşı sanksiyalar tətbiq etməyə razılaşıb. Baltikyanı ölkələrdə demokratiya əleyhdarları və insan haqlarını pozanlar istənilmir”, – məlumatda bildirilib.