Xəbərlər

Litva MN: NATO qırıcıları Rusiya hərbi təyyarələrini 11 dəfə müşayiət edib

Litvanın Zokniai aviabazasında rotasiya əsasında yerləşdirilən NATO qırıcıları iyul ayında Baltikyanı respublikanın hava sərhədləri yaxınlığında Rusiya hərbi təyyarələrini 11 dəfə müşayiət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Litvanın Müdafiə Nazirliyi bildirib.

İyulun son günü İspaniya və Macarıstan Hərbi Hava Qüvvələrinin dörd ədəd “Eurofighter Typhoon” və dörd ədəd “Gripen” qırıcısı rotasiya əsasında Litva aviabazasına yerləşdirilib. İspan pilotları üçün bu Zokniai aviabazasındakı doqquzuncu, macarlar üçün isə dördüncü missiya olub.

Hava müşayiəti proseduru müntəzəm nəzarət tədbiridir. NATO qüvvələri 2025-ci ilin aprelində 5 dəfə, may ayında 22, iyunda isə 21 dəfə buna müraciət edib.