Xəbərlər

Litva müdafiə ehtiyacları üçün 500 milyon avroya qədər borc alacaq

“Litva hakimiyyəti hökumət kreditlərinin köməyi ilə müdafiə xərclərinin 500 milyon avroya qədər artırılmasını təmin edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baltikyanı Respublikanın müdafiə naziri Laurinas Kaçiunas jurnalistlərə müsahibəsində deyib.

“Bizim planlaşdırdığımız ÜDM-in 3,03%-i və ya 2,5 milyard avro əsasdır. Ancaq büdcə gəlirləri artacaq, biz 300, 400 və bəlkə də 500 milyon avro borc ala bilərik”, – nazir bildirib.