Xəbərlər

Litva Rusiya ilə sazişi denonsasiya edəcək

Litva Rusiya Federasiyası və Belarusla gömrük əməkdaşlığına dair sazişləri denonsasiya etmək niyyətində olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baltikyanı Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.

“Praktikada Rusiya və Belarusla iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq tamamilə dayandırılıb, ona görə də bu sazişləri ləğv etmək məqsədəuyğundur”, – məlumatda qeyd olunub.