“Litva artilleriya sistemləri və pilotsuz uçuş aparatlarının (PUA) istehsalına qoşularaq Ukraynanın hərbi sənaye kompleksinə investisiya yatırmaq imkanını nəzərdən keçirir”.
“Füyuzat”ın məlumatına görə, bunu Baltikyanı Respublikasının müdafiə naziri Laurinas Kaçiunas deyib.
“Ukraynanın müdafiə sənayesində iştirakımız hər iki ölkənin müdafiə qabiliyyətini təmin etmək üçün əhəmiyyətli olacaq, biz artilleriya sistemləri və pilotsuz təyyarələrin istehsalına qoşula bilərik”, – nazir qeyd edib.