Xəbərlər

Litva Ukraynaya hərbi yardım paketi hazırlayır

“Vilnüs 2025-ci ildə Kiyev üçün 80 milyon avro dəyərində ilk hərbi yardım paketi hazırlayıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Litva Müdafiə Nazirliyinin sözçüsü Asta Qaldikaiten bildirib.

“Hazırlanan paketə ilk növbədə Ukrayna ordusunun ehtiyacı olan şeylər daxil olacaq. Birinci paket çərçivəsində tədricən köçürülən vəsaitin dəyəri 80 milyon avro və ya 2025-ci ildəki yardımımızın təxminən yarısıdır”, – Qaldikaiten qeyd edib.

Sözügedən yardım çərçivəsində Ukrayna hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və əks tədbirlər, döyüş sursatı, ordu texnikası və hərbi nəqliyyat vasitələri alacaq.