Litva Ukraynaya 11-ci humanitar yardımını göndərib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “LRT” milli radiosu məlumat yayıb.
“Humanitar yardımla yüklənmiş 30-dan çox maşın Ukraynaya soba, isti paltar, quru yemək və digər mülki yardımlar çatdıracaq. Avtomobillərin özləri də ukraynalılara veriləcək”, – məlumatda bildirilib.
Qeyd edilib ki, humanitar yardım karvanı Ukraynanın Beynəlxalq Dostları Fondu tərəfindən təşkil olunub.