Litvada hakim Vətən Birliyi Partiyası parlament seçkilərində müxalif Sosial Demokratlara məğlub olub. Vətən Birliyinin rəhbərliyi sosial-demokratların məsuliyyətli hökumət quracaqlarına ümid etdiklərini qeyd ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə hakim partiyanın lideri Qabrielius Landsberqis açıqlama yayıb.
O qeyd edib ki, bazar günü keçirilən parlament seçkiləri yaşayış xərclərinin artması ilə bağlı narahatlıqlar və qonşu Rusiyadan potensial təhlükələr fonunda keçirilib.