Xəbərlər

Litvanın Baş naziri: Aİ ABŞ-a güvənmədən öz müdafiəsini hazırlamalıdır

“Avropa İttifaqı (Aİ) ölkələri xüsusilə bu ölkədə keçiriləcək prezident seçkiləri kontekstində ABŞ-ın təhlükəsizlik zəmanətlərinə güvənmədən öz müdafiə sistemlərini qurmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu “Le Figaro” qəzetinə müsahibəsində Litvanın Baş naziri İnqrida Simonyte deyib.

“Çox şey ABŞ-ın gələcək prezidentinin komandasında kimin olmasından asılı olacaq. Biz Donald Trampın ilk prezidentlik dövründə səsləndirdiyi bəzi fikirləri bölüşürük. Xüsusilə, o, Avropanın təhlükəsizlik üçün Amerika zəmanətlərinə arxalanmasını pisləyərkən sərt, lakin ədalətli mövqedədir. Avropa İttifaqı öz müdafiəsi məsələsini tamamilə müstəqil şəkildə həll etməli və müdafiə sənayesi qurmalıdır”, – Simonyte qeyd edib.