Xəbərlər

Livan Rusiyanı dost hesab edir

“Livan Rusiya ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışır və onu Yaxın Şərqdə çox mühüm rola malik böyük və dost ölkə hesab edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Livanın Moskvadakı səfiri Şovki Bou Nassar deyib.

“Rusiya ilə Livan arasında münasibətlər çox yaxşıdır, bu münasibətlər 18-ci əsrə və bəlkə də ondan əvvələ söykənir. Mənim fikrimcə, Yekaterinanın dövründən bəri Rusiya imperiyası Livanda çox sayda məktəblər, xəstəxanalar, kilsələr və digər binalar tikdirmişdir. Biz 1944-cü il avqustun 5-də qurulmuş diplomatik münasibətlərin 80 illiyini qeyd etdik. Münasibətlər, xüsusən də Sovet İttifaqının dağılmasından sonra daim inkişaf etdi, həmin dövrdə Livan Rusiya Federasiyasını SSRİ-nin varisi kimi tanıyan ilk ölkələrdən biri oldu”, – səfir bildirib.