Xəbərlər

Livan XİN: Hərbi əməliyyatlar noyabrın 27-nə keçən gecə bitə bilər

“Livan və İsrail arasında atəşkəs razılaşması noyabrın 27-nə keçən gecə qüvvəyə minə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Livanın xarici işlər naziri Abdalla Bu Həbib deyib.

“Biz İsrail Nazirlər Kabinetinin iclasının nəticələrini gözləyirik. Hərbi hərəkətlər gecə yarısı dayandırılmalıdır. Ümid edirik ki, biz barışıq əldə edə biləcəyik”, – nazir bildirib.