Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Beyruta 24 ton humanitar yardım çatdırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Rusiya FHN-nin “İl-76″ xüsusi təyyarəsi ümumi çəkisi təxminən 24 ton olan humanitar yükləri, o cümlədən dərman, ərzaq, uşaq əşyaları və ilkin tələbat mallarını Beyruta çatdırıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, yardım Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə göndərilib.