Xəbərlər

Livanda 750 minə yaxın insan döyüşlər səbəbindən evlərini tərk edib

Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən Livanda 746 mindən çox insan evlərini tərk edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

“BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı 2023-cü il oktyabrın 8-dən 2024-cü ilin 14 oktyabrına qədər Livandan 746,6 min məcburi köçkün qeydə alıb. Onlardan 188,2 min nəfəri 1059 sığınacaqda yerləşdirilib, 876-sı (83%) artıq maksimum yaşayış həddinə çatıb”, – məlumatda bildirilib.