Xəbərlər

Livandan İsrailə 15-ə yaxın raket atılıb

Livandan İsrailin şimalına 15-ə yaxın raket atılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, Hayfa körfəzi, Yuxarı Qaliley və Qərbi Qaliley bölgəsində səslənən sirenlərdən sonra Livandan İsrailin şimalına 15-ə yaxın raket atıldığı qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.