Livandan İsrail ərazisinə gün ərzində 230-a yaxın raket atılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Ən güclü atəş dalğası günorta saatlarında olub. Belə ki, təxminən yarım saat ərzində İsrailə 100-ə yaxın mərmi atıldığı qeydə alınıb. 80 raketdən ibarət ilk hücum ölkənin şimalında, Qaliley, Hayfa körfəzi və İzreel vadisi də daxil olmaqla geniş əraziyə düşüb. Təxminən 20 mərmidən ibarət ikinci dalğa Yuxarı Qalileyanın daha çox şimal bölgələrinə təsir edib.