Xəbərlər

Livandan İsrailə 65 mərmi atılıb

Gün ərzində Livandan İsrailin şimalına 65-ə yaxın mərmi atıldığı qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ölkənin şimalındakı ən böyük şəhər olan Hayfa istiqamətində səhər saatlarında kütləvi şəkildə atəş həyata keçirilib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.