İsrail ordusu gün ərzində Livandan 230-a yaxın mərmi atıldığını qeydə alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Cümə axşamı saat 23:00-a olan məlumata görə, Hizbullah terror təşkilatı Livandan İsrail ərazisinə təxminən 230 mərmi atıb. İsrail Müdafiə Qüvvələri İsrail Dövləti və onun sakinlərinin müdafiəsi üçün Hizbullah terror təşkilatının yaratdığı təhlükəyə qarşı fəaliyyətini davam etdirəcək”, – mətbuat xidməti əlavə edib.