“Londonda ABŞ, Böyük Britaniya, Avropa İttifaqı (Aİ) və Ukrayna nümayəndələrinin iştirakı ilə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar aparılacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Nazirlər və milli təhlükəsizlik müşavirlərinin bir günlük görüşündə atəşkəsin necə görünə biləcəyi və uzunmüddətli sülhü necə təmin etmək də daxil olmaqla, növbəti addımların müzakirəsi planlaşdırılır”, – Böyük Britaniyanın müdafiə naziri Con Haley aprelin 22-də İcmalar Palatasına açıqlamasında qeyd edib.