“Amerikalılar istəsələr, sabah Ukraynada sülh bərqərar olacaq, lakin buna ehtiyac görmürlər”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ulan-Batorda Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxla danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.
“Amerikalılar istəsələr, sabah Ukraynada sülh bərqərar olacaq, lakin buna ehtiyac görmürlər. Buna görə də burada kimin günahkar olduğunu və kimin haqlı olduğunu müəyyənləşdirin”, – Lukaşenko söyləyib.
Belarus lideri Monqolustanın bunu başa düşməsini arzuladığını vurğulayıb və deyib: “Belə ki, siz təkcə amerikalıların və qərblilərin dediklərinə deyil, əslində baş verənlərə də qulaq asmalısınız”.
Lukaşenko əlavə edib ki, Rusiya Belarus üçün qardaş və müttəfiq ölkədir: “Onlar bizim ən yaxın qardaşlarımızdır. Mən insanların ölməsini istəmirəm. Biz orada sülhün olması üçün hər şeyi edirik və edəcəyik”.