“Belarus sərhəddindəki vəziyyət ağırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Sərhədlərdə vəziyyət mürəkkəbdir. Biz bu barədə daim danışıqlar aparmışıq. Bu gün təkcə sərhədçilərin deyil, gömrükçülərin də kifayət qədər işi var. Yalnız sərhədi qorumaq deyil, həm də mümkün təhlükələri vaxtında aşkarlamaq vacibdir”, – Lukaşenko qeyd edib.