Belarus Ukraynanın bərpasında iştirak etməyə hazırdır, ancaq ABŞ bunu etməyəcək.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Brest vilayətinə işgüzar səfəri zamanı deyib.
“Ukrayna rəhbərliyi başa düşməlidir ki, ilk növbədə onlara yaxın olanların, belarusluların köməyi ilə ölkəni bərpa etməli olacaqlar”, – Lukaşenko qeyd edib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfərlərinə diqqət çəkib: “Zelenski Minsk və Moskva ilə razılığa gəlmək və son nəticədə bu müharibəni bitirmək üçün getmir, o düşünür ki, amerikalılar müharibədən sonra Ukraynanı bərpa edəcəklər və onlar güclü və müdrik qərar verə biləcəklər”.