Xəbərlər

Lukaşenko: Belaruslular müharibə istəmir

“Belarus xalqı müharibə istəmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.

“Biz hərbi əməliyyatların təcrübəsini nəzərə alaraq silahlı qüvvələrimizi inkişaf etdirməyə, gücləndirməyə və təkmilləşdirməyə davam edəcəyik, lakin belaruslular müharibə istəmir, buna baxmayaraq, bizə qarşı hər hansı təxribata cavab qətiyyətli və sərt olacaq”, – Lukaşenko bildirib.

Lukaşenko qeyd edib ki, hərbçilər indi ölkənin cənub və qərb sərhəddində baş verənləri yaxşı bilirlər: “Biz lazım olan hər şeyə, o cümlədən ən dəhşətli şeyə – nüvə silahına sahibik. Onlar artıq Belarusda yerləşib”