Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko Latviya xalqını milli bayram – Latviya Respublikasının elan edilməsi günü münasibətilə təbrik edib və insani əlaqələrin qorunub saxlanmasının vacibliyini qeyd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Preziidentinin mətbuat xidməti məlumat yayıb.
“Belarus öz qapılarını Latviya sakinlərinə və ümumiyyətlə, bütün xoş niyyətli insanlara açıb. Sizi Belarusda salamlamaqdan çox məmnun olarıq. İnsani əlaqələri diqqətlə qorumaq lazımdır, bu, dünyanı xilas edə biləcək dəyərdir və hamı üçün lazımdır”, – Lukaşenko qeyd edib.