“Belarus hakimiyyəti ölkəni müharibədən qorumaq üçün hər şeyi edir, indiyədək buna nail olub”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Biz ölkəni qaynar müharibədən qorumaq üçün hər şeyi edirik. İndiyə qədər uğur qazanmışıq. Düşünürəm ki, biz bu problemi həll edə biləcəyik”, – Lukaşenko qeyd edib.
O əlavə edib ki, informasiya müharibəsinin təşəbbüskarı xaricdəki müxalifətdir.