Xəbərlər

Lukaşenko İran Prezidentini Belarusa dəvət edib

Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti Məsud Pezeşkianı respublikaya səfərə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bunu Aleksandr Lukaşenko İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə görüşündə deyib.

“Bu yaxınlarda İran xalqı böyük bir bədbəxtlik yaşadı: Prezidentiniz öldü, ancaq siz bu dövrü cəsarətlə keçərək yeni prezident seçdiniz, bu münasibətlə sizi təbrik edirəm və onu Belarusda gözlədiyimizi söyləməyinizi istəyirəm”, – Lukaşenko bildirib.