Belarus Prezidenti Aleksandr Lukaşenkonun BRİCS sammitində iştirak etmək üçün çərşənbə günü Kazana işgüzar səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Aleksandr Lukaşenko BRİCS-in 16-cı sammitində iştirak edəcək”, – məlumatda qeyd olunub.