Xəbərlər

Lukaşenko Macarıstanın addımlarını yüksək qiymətləndirib

Belarus Prezidenti Aleksandr Lukaşenko Macarıstanın Ukraynadakı münaqişənin həlli ilə bağlı mövqeyini yüksək qiymətləndirib.

“Füyuzat”ın məlumatına görə, bunu Aleksandr Lukaşenko mətbuata açıqlamasında deyib.

“Macarıstan fəal mövqeyə malik, ardıcıl olaraq balanslaşdırılmış, ilk növbədə dövlətin milli maraqlarına cavab verən, sülhsevər siyasət yürüdən ölkədir. Hər hansı beynəlxalq çətinliklərə baxmayaraq, Minsk və Budapeşt öz prinsiplərinə sadiq qalır, daim qarşılıqlı faydalı bərabərhüquqlu əməkdaşlığı inkişaf etdirir”, – Lukaşenko bildirib.