Xəbərlər

Lukaşenko: Mən hakimiyyəti zəbt etmirəm

“Mən hakimiyyəti zəbt etmirəm və onun sakit şəkildə yeni nəslə ötürülməsi üçün hər şeyi edəcəm”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən hakimiyyətin sakit şəkildə yeni nəslə ötürülməsi üçün hər şeyi edəcəyəm. Gələcək beş illik plan nəsil dəyişikliyidir. Siz və mən – indiki nəsili qoruduq və bu ölkəni suveren və müstəqil etdik. Bu, həmişə ağrılı bir proses olub, olacaq. Amma sizə söz verirəm ki, heç bir ağrı hiss etməyəcəyinizə əmin olacağıq”, – Lukaşenko əlavə edib.