Xəbərlər

Lukaşenko: Minsk Moldova ilə əməkdaşlığı bərpa etməyə hazırdır

Belarus Prezidenti Aleksandr Lukaşenko Moldova xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Minsk həmişə Kişinyovu etibarlı tərəfdaş hesab edib və konstruktiv əməkdaşlığı bərpa etməyə hər zaman hazırdır”, – Lukaşenko qeyd edib.

O, həmçinin iki ölkənin ümumi mənəvi-əxlaqi dəyərlərə, mədəni ənənələrə sahib olduğunu, ortaq qəhrəmanlıq keçmişinə əsaslanan möhkəm, uzunmüddətli dostluq telləri ilə birləşdiyini də vurğulayıb.