Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko Misir Prezidenti Əbdülfəttah əs-Sisini İnqilab Günü münasibətilə təbrik edib, əməkdaşlığın perspektivli sahələrini müzakirə etmək üçün Belarusa səfərə dəvət edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Misir davamlı inkişaf layihələrinin həyata keçirilməsinə, regional ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir”, – Lukaşenko qeyd edib.