Xəbərlər

Lukaşenko: Moskva beynəlxalq arenada Minskin dəstəyinə arxalana bilər

“Rusiya və Belarus bütün məsələlərdə ortaq mövqeyə sahibdir, Moskva beynəlxalq platformalarda həmişə Minskin dəstəyinə arxalana bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Hər hansı problemli məsələlərə gəlincə, xarici işlər nazirliklərimizə və beynəlxalq platformalarda, digər təşkilatlarda, BMT-dən tutmuş bu bədbəxt ATƏT-ə qədər bizim heç bir problemimiz yoxdur. Eyni mövqelərdən çıxış edirik. Bizim dəstək verə bildiyimiz məsələlərdə Rusiya həmişə Belarusun dəstəyinə arxalana bilər”, – o bildirib

Lukaşenko vurğulayıb ki, Rusiya Federasiyası və Belarusun diplomatik idarələri Birlik dövləti yolunda işləməkdə digər idarələr üçün nümunə ola bilərlər.