Belarus Prezidenti Aleksandr Lukaşenko tələbələrlə görüşündə NATO-nun ölkəyə hücum edəcəyi təqdirdə nüvə silahından istifadə edərək əks cavab verəcəklərini deyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Mən dedim ki, Belarusa hücum üçüncü dünya müharibəsi deməkdir. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin bunu təsdiqləyərək nüvə doktrinasına düzəliş etdi. O dedi ki, Rusiya və Belarusa hücum olarsa, nüvə silahından istifadə edəcəyik”, – Lukaşenko vurğulayıb.