Xəbərlər

Lukaşenko Putinlə müzakirə etməli olduğu problemləri açıqlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməli olduğu bir çox problemlərin olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, Lukaşenko bu barədə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə deyib.

“Baxmayaraq ki, biz yaxın gələcəkdə bir-birimizi görəcəyik, sizdən xahiş edirəm ki, Vladimir Vladimiroviçə ən xoş arzularımızı çatdırasınız. Onunla müzakirə etməli olduğumuz çoxlu problemlər var”, – Lukaşenko deyib.

“Bu gün çoxlu suallar və həll etməli olduğumuz ümumi məsələlər var”, – öz növbəsində Volodin qeyd edib.