Belarus Prezidenti Aleksandr Lukaşenko Qərb siyasətçilərinin Rusiyanın Belarus vasitəsilə qonşu Avropa İttifaqı (Aİ) ölkələrinə və Ukraynaya qarşı təcavüz planlaşdırması barədə bəyanatlarını axmaqlıq adlandırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Aleksandr Lukaşenko çıxışında deyib.
“Biz vəziyyəti gərginləşdirmirik istəmirik. Rusiya ilə Polşaya, Litvaya, Latviyaya və ya Ukraynaya hücum etmək fikrində deyilik. Belarusdan tranzit ölkə kimi istifadə etməklə heç kim bizim xəbərimiz olmadan qonşu ölkələr və NATO ilə vuruşmayacaq. Məhz onlar – Qərb bizi və Rusiyanı məhv etməyi qarşısına məqsəd qoyub və bu gün bu məqsədə doğru irəliləyərək, bizi nəyəsə görə qınamaq üçün səbəb axtarırlar” – Belarus lideri vurğulayıb.