“Qərb siyasətçiləri tərəfindən yaradılan süni maneələr xalqların real aktual qayğılarına cavab vermir”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bizim üçün əsas məqsəd həmişə bütöv Avropada sülhü və harmoniyanı qorumaq olub, buna yalnız diktə, ultimatum və qeyri-qanuni məhdudiyyətlər olmadan, hər bir xalqın öz müqəddəratını təyin etmək və öz yolunu seçmək hüququnu tanımaqla nail olmaq olar.
İnanıram ki, biz tezliklə birləşib normal mühitə qayıda biləcək, iqtisadi və humanitar sektorlarda konkret layihələr həyata keçirə biləcəyik”, – Lukaşenko qeyd edib.