Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putin, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Federal Məclisin Federasiya Şurasının sədri Valentina Matvienko ilə telefon danışığı aparıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Belta” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Rusiya Federasiyasının rəhbərliyi ilə telefon danışıqları zamanı ikitərəfli münasibətlərin inkişaf məsələləri və oktyabrın əvvəlində keçiriləcək Belarus-Rusiya sammiti ilə bağlı bəzi məsələlər müzakirə olunub.