Xəbərlər

Lukaşenko: Slovakiya ilə əlaqələri inkişaf etdirməyə hazırıq

Belarus prezidenti Aleksandr Lukaşenko Slovakiya prezidenti Peter Pelleqrinini və Baş nazir Robert Fikonu milli bayram – Respublika Günü münasibətilə təbrik edərək Minskin Bratislava ilə tərəfdaşlıq və dostluq əlaqələrini inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Bizi faşizmə qarşı qəhrəmancasına mübarizənin ümumi səhifələri, uzun illər uğurlu və səmərəli əməkdaşlıq, güclü və davamlı işgüzar, sosial və humanitar əlaqələr birləşdirir. Avropa regionunda stereotiplərə və süni maneələrə baxmayaraq, hər şey ölkələrimiz, xalqlarımız üçün dostluq və qarşılıqlı faydalı əlaqələrə açıqdır”, – mətbuat xidmətindən bildirilib.