Belarus Prezidenti Aleksandr Lukaşenko türk həmkarı Rəcəb Tayyib Ərdoğanı milli bayram – Respublika Günü münasibətilə təbrik edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus XİN-in mətbuat xidmətindən bildirilib.
“Müstəqillik illərində ölkəniz, şübhəsiz ki, dövlət quruculuğunun bütün sferalarında əhəmiyyətli uğurlar əldə etmişdir. Müasir Türkiyə inamla tərəqqi və modernləşmə yolu ilə irəliləyir, regionda və dünyada sülhün və sabitliyin qorunmasında mühüm rol oynayır”, – təbrikdə deyilir.
“Bu ilin iyulunda Astanada keçirilən mənalı görüşümüzü böyük məmnuniyyətlə xatırlayıram. Mən ikitərəfli əlaqələri davam etdirməyə hazıram və sizin dəvətinizdən yararlanaraq Türkiyəyə rəsmi səfərimi minnətdarlıqla reallaşdıracağam”, – Lukaşenko vurğulayıb.