“Ukrayna münaqişəsi Belarus üçün risk hesab edilir”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus lideri Aleksandr Lukaşenko bildirib.
“Əsas risk regional qaynar nöqtə, yəni Ukraynadır. Vaşinqton ölkəmizi böyük ölçüdə münaqişəyə sürükləmək niyyətindədir”, – Lukaşenko 7-ci Belarus Xalq Konqresində çıxışında deyib.
O əlavə edib ki, Ukrayna qoşunları mütəmadi olaraq Belarus sərhədçilərinə qarşı təxribatlar törədir və sərhəd pozuntuları müşahidə edilir.