Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər Valaamda keçirilən son görüşü müzakirə ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Putin həmçinin Lukaşenkoya Minskin Rusiya ilə Qərb ölkələri arasında bir gün əvvəl baş vermiş əsir mübadiləsində iştirakına və köməyə görə təşəkkür edib.