Xəbərlər

Lyayen İranın İsrailə raket hücumunu pisləyib

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İranın İsrailə raket hücumlarını kəskin şəkildə pisləyib və bütün tərəfləri mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, o bu barədə “X” səhifəsində yazıb.

“Mən İranın İsrailə raket hücumlarını qətiyyətlə pisləyirəm. Bu cür hərəkətlər regional təhlükəsizliyi təhdid edir və onsuz da çox dəyişkən olan bir mühitdə gərginliyi daha da artırır”, – Lyayen bildirib.

Avropa Komissiyasının rəhbəri həmçinin Livan və Qəzzada atəşkəs elan edilməsinə, bütün girovların azad edilməsinə çağırıb.