Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibə ilə bağlı mövqeyinə görə Macarıstanı xarici işlər və müdafiə nazirlərinin görüşünə ev sahibliyi etmək hüququndan məhrum edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, bu qərar Macarıstanın Baş naziri Victor Orbanın Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşündən sonra verilib.