Xəbərlər

Macarıstan: Aİ-nin Rusiyaya qarşı sanksiya siyasəti uğursuzdur

“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiya siyasəti uğursuzdur”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyası çərçivəsində mətbuata açıqlamasında deyib.

“Bizim sanksiyalarla bağlı mövqeyimiz çox aydındır. Avropa Birliyinin sanksiya siyasətini tam uğursuzluq hesab edirik”, – nazir bildirib.