Xəbərlər

Macarıstan BCM-in Netanyahunun həbsi ilə bağlı qərarına əməl etməyəcək

“Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order vermək qərarı ilə razılaşmır”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının proqramında çıxışı zamanı deyib.

“Bu səhv qərardır. BCM-nin hərəkətləri siyasiləşir, bu beynəlxalq institutu nüfuzdan salır və Yaxın Şərqdə münaqişənin genişlənməsinə gətirib çıxarır. Macarıstan beynəlxalq məhkəmənin qərarlarına əməl etmək niyyətində deyil. Mən hətta Netanyahunu danışıqlar üçün Budapeştə dəvət etməyə, həmçinin ona lazımi təhlükəsizliyi təmin etməyə hazıram”, – Orban vurğulayıb.