Xəbərlər

Macarıstan parlamenti yalnız iki cinsi tanıyan konstitusiya dəyişikliyini qəbul edib

“Macarıstanın birpalatalı parlamenti ölkə konstitusiyasına yalnız iki cinsi – kişi və qadını tanıyan düzəlişi qəbul edib”.

“Füyuzat”ın məlumatına görə, milli televiziya ilə canlı yayımlanan iclasda qərarın lehinə 140, əleyhinə 21 deputat səs verib, bitərəf qalan olmayıb.

Yeni düzəlişdə konstitusiyanın nikah və ailə ilə bağlı maddəsi belə olacaq:

“Macarıstan kişi ilə qadının könüllü birliyi kimi nikah institutunu, millətin mövcudluğunun əsası kimi isə ailəni qoruyur. Ailənin əsasını nikah və valideyn-övlad münasibətləri təşkil edir. İnsan ya kişidir, ya qadındır. Ata kişidir, ana qadındır”.