“Avropa Komissiyası (AK) enerji təhlükəsizliyi ilə bağlı təminatları yerinə yetirməsə, Macarıstan altı ay ərzində Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoyacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Sanksiyalarla bağlı qərar hər altı aydan bir qəbul edilməlidir. Avropa Komissiyası təminatları yerinə yetirməsə, o zaman biz nəinki sanksiyaların ləğvi barədə danışacağıq, həm də onları qaldıracağıq”, – Orban qeyd edib.