Xəbərlər

Macarıstan: Ukrayna danışıqları Qərb tərəfindən aparılmalıdır

“Ukraynada münaqişənin nizamlanmasına dair Rusiya ilə danışıqlar Qərb ölkələri tərəfindən aparılmalıdır. Çünki Rusiya tərəfi ukraynalıları tərəfdaş kimi görmür”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın baş naziri Viktor Orban keçmiş Avstriya Kansleri Volfqanq Şussellə söhbətində söyləyib.

“Müzakirələr mümkün qədər tez başlamalıdır, lakin ruslar ukraynalıları tərəfdaş kimi görmürlər. Rusiya bu cür müzakirələri yalnız Birləşmiş Ştatlarla aparsa, Avropanın maraqları təhlükə altına düşəcək, çünki Ukraynadakı vəziyyəti birbaşa həll etməklə yanaşı, gələcək Avropa təhlükəsizlik arxitekturasının daha geniş məsələlərinə də toxunmalıdırlar”, – nazir bildirib.

Qeyd edək ki, müzakirə zamanı Orban həmçinin iddia edib ki, Ukraynadakı münaqişəyə görə Rusiya cavabdehdir, lakin avropalılar düşmənçiliyin daha da kəskinləşməsinin qarşısını almaq üçün daha çox diplomatik səylər göstərməlidirlər. Şussel bu fikirlə razılaşmayıb və Qərbin hərbi qarşıdurmaya yol verməmək üçün bütün vasitələrdən istifadə etdiyini bildirib.