Xəbərlər

Macarıstan Ukraynanı şantaj etməkdə ittiham edib

Ukrayna Rusiya neftinin tranzitinə qadağa qoyması ilə Macarıstan və Slovakiyanı şantaj edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın ofisinin rəhbəri Qergeli Qulyas bildirib.

“Ukrayna sülh və atəşkəs tərəfdarı olan iki ölkəni – Macarıstan və Slovakiyanı şantaj edir. Sentyabr ayına qədər həll yolu tapılmalıdır, əks halda Macarıstan neft qıtlığı yaşamağa başlayacaq”, – Qergeli Qulyas söyləyib.