Xəbərlər

Macarıstan Ukraynaya atəşkəs barədə düşünməyi təklif edib

Macarıstan Rusiya ilə silahlı münaqişənin həlli ilə bağlı danışıqlara başlamaq üçün Ukraynanı atəşkəs imkanlarını nəzərdən keçirməyə dəvət edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra bildirib.

“Biz Zelenskinin sülh təşəbbüslərini yüksək qiymətləndiririk və ondan danışıqlara başlamazdan əvvəl atəşkəs barədə düşünməsini xahiş edirik”, – deyə Orban qeyd edib.

Baş nazir həmçinin əlavə edib ki, Macarıstan Ukrayna ilə geniş spektrli məsələlər üzrə ikitərəfli saziş imzalamaq istəyir.